Pentaqon-“Abrams” tankları üzrə ukraynalı hərbçilərin  təlimi gələn həftə  başlayacaq
Pentaqon-“Abrams” tankları üzrə ukraynalı hərbçilərin təlimi gələn həftə başlayacaq

Ukrayna hərbçilərinin “Abrams” tankları üzrə təlimi gələn həftə başlayacaq. Bu barədə “Amerikanın səsi”nə Pentaqonun nümayəndəsi Patrik Rayder məlumat verib.

Media vasitəsinin məlumatına əsasən, bu həftə təxminən 250 Ukrayna əsgəri təlim keçmək üçün Almaniyaya gedəcək. Ukrayna hərbçiləri “Abrams”ın 31 tankında təlim keçəcək. Bu tanklar ayın əvvəlində Almaniyaya gəlib.

Təlim təxminən 10 həftə davam edəcək və tank sürmə, manevr və texniki xidmət göstərilməsini nəzərdə tutur.

ABŞ-ın yüksək rütbəlilərinin qeyd etdikləri üzrə, “M1A1 Abrams” tanklarının daha bir partiyası payıza qədər Ukraynaya çatdırılacaq.