Pentaqon - Rusiya tərəfindən hücuma baxmayaraq, Mariupol süqut etməyib

 

 

Pentaqonun mətbuat katibi Con Kirbi Mariupolun Rusiyanın hücumuna baxmayaraq süqut etmədiyini bildirib. Bu barədə Con Kirbi mətbuat brifinqində bildirib.

“Biz yenə də Donbasda və cənubda, xüsusilə də Mariupol ətrafında və daxilində Rusiyanın  aviazərbələrinin  və artilleriyasının cəmlənməsini görürük” -deyə Con Kirbi bildirib.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Ukrayna qüvvələri Rusiyanın getdikcə aqressivləşən hərəkətlərinə qarşı müqavimət göstərir.

Con Kirbinin sözlərinə görə, Rusiya qüvvələri hazırda Ukraynanın şərqində daha genişmiqyaslı və açıq hücumlar üçün şərait yaradırlar.

Pentaqonun mətbuat katibi həmçinin qeyd edib ki, ABŞ hərbçiləri tezliklə Ukrayna silahlı qüvvələrinin üzvlərinə ABŞ tərəfindən tədarük edilmiş artileriyadan istifadə etmək üçün təlim keçməyə başlayacaq. Silahlar ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsidir.