Pentaqon ABŞ və koalisiya qüvvələrinin İraq və Suriyada son üç həftədə 46 dəfə hücuma məruz qaldığını açıqlayır
Pentaqon ABŞ və koalisiya qüvvələrinin İraq və Suriyada son üç həftədə 46 dəfə hücuma məruz qaldığını açıqlayır

 
Pentaqon ABŞ və koalisiya qüvvələrinin son üç həftədə 46 dəfə hücuma məruz qaldığını açıqlayır.

“Oktyabrın 17-dən sonra, ABŞ və koalisiya qüvvələrinə pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə 24-ü İraqda, 22-si Suriyada olmaqla, azı 46 dəfə hücum edilib” -deyə Pentaqonun bəyanatında deyilir.

Buradaca hücumlar nəticəsində 56 nəfərin yaralandığı qeyd edilir.

Xatırladaq ki, ötən gün hücumlara cavab olaraq ABŞ Suriyanın şərqindəki silah anbarına zərbə endirib.