Pentaqon - ABŞ İsrailə qarşı düşmən əməliyyatlarının qarşısını almaq üçün bölgəyə ikinci aviadaşıyıcı gəmi göndərir
Pentaqon - ABŞ İsrailə qarşı düşmən əməliyyatlarının qarşısını almaq üçün bölgəyə ikinci aviadaşıyıcı gəmi göndərir

İsrailə qarşı düşmən əməliyyatlarının qarşısını almaq üçün ABŞ bölgəyə ikinci aviadaşıyıcı gəmi göndərir, – bu haqda Pentaqonun bəyanatında deyilir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına əsasən, “USS Eisenhower” aviadaşıyıcı gəmisi bu həftənin əvvəlində ABŞ-ın daha bir aviadaşıyıcı gəmisini və oraya göndərilən döyüş gəmilərini dəstəkləmək üçün Aralıq dənizinin şərq hissəsində yerləşdiriləcək.

“ABŞ qüvvələrinin artırılması ABŞ-ın İsrailin təhlükəsizliyinə dəstəyinin güclü olduğuna işarədir və biz bu müharibəni eskalasiya etməyə çalışan istənilən dövlət və ya qeyri-dövlət aktorlarının qarşısını almaqda qərarlıyıq” Lloyd Austin verdiyi açıqlamada dedi.

Xatırladırıq ki, “Həmas” radikal islamçı qruplaşması oktyabrın 7-də İsrailə hücuma başlayıb. Buna cavab olaraq İsrail Qəzza sektorunda genişmiqyaslı hərbi hava əməliyyatına başlayıb.