Pensiya Agentliyi istifadəçilərə saxta veb-səhifələri haqqında xəbərdarlıq edir
Pensiya Agentliyi istifadəçilərə saxta veb-səhifələri haqqında xəbərdarlıq edir

İnternetdə Pensiya Agentliyinin rəsmi veb-səhifəsinin dizayninə birə-bir bənzəyən saxta veb-səhifələr yaradılıb.

Həmin saxta veb-səhifələrində istifadəçilərdən bank göstəricilərinin daxil edilməsi tələb olunur.

Saxta veb-səhifədə yazılıb ki, verifikasiya üçün kartdaki məbləğ 24 saatlığına bloklanacaq və daha sonra sahibinə geri qaytarılacaq.

Pensiya Agentliyi istifadəçiləri belə bir veb-səhifələri ilə bağlı ehtiyatlı olmağa çağırır.

Agentliyin həqiqi veb-səhifəsi – pensions.ge-dir və orada bank göstəricilərinin daxil edilməsi tələb edilmir.

Pensiya məbləğinin yoxlanılması isə, parol vasitəsi ilə mümkündür.

Qeyd olunan dolandırıcılıq sxemi ilə Daxili İşlər Nazirliyi də tanış oldu və məsələ ilə bağlı istintaq aparılır.