Penitensiar Xidmət - mümkün destruktiv hərəkətlər və əlavə sağlamlıq riski səbəbi ilə, qurum Saakaşvilini məhkəməyə aparmaq imkanından məhrumdur
Xüsusi Penitensiar Xidmət bəyanat yayır, bəyanatda qeyd olunub ki, Mixeil Saakaşvilinin məhkəmə salonuna aparılması zamanı destruktiv hərəkətlər baş verə bilər, həmçinin Saakaşvili müalicənin əhəmiyyətli bir hissəsini dayandırıb və onun məhkəmə prosesinə aparılması sağlamlığı üçün əlavə risk yaradır.
Penitensiar Xidmət bildirir ki, bununla əlaqədar Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsinə aparılmayacaq.
“SS-nin məsələsi, Cinayət Məcəlləsinin 315-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılır, Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı bəyanata əsasən məlum olub ki, Saakaşvilinin cəzaçəkmə müəssisəsinə daxil olmasının qarşısını almaq üçün, bir sıra siyasi partiyaların nümayəndələrinə məxsus avtomobillərlə müəssisəyə gedən yolların kəsilməsi planlaşdırılırmış.
Onlar 500-600-ə yaxın avtomobilin iştirakı ilə destruktiv hərəkətləri törətmək niyyətində olublar, bu isə idarəolunmaz vəziyyətə, xaosa səbəb olacaqdı və mövcud vəziyyət Mixeil Saakaşvilinin daşınması prosesinə mane törədəcəkdi.
Bu cür hərəkətlər onun məhkəmə salonuna müşayiəti zamanı da müşahidə oluna bilərdi, eləcə də təqsirləndirilən / məhkum M. Saakaşvili müalicəsinin əsas hissəsini dayandırıb və onun ekstradisiyası və məhkəmədə iştirakı sağlamlığı üçün əlavə risk yaradır.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, Xüsusi Penitensiar Xidmət təqsirləndirilən/məhkum M.Saakaşvilini Tbilisi Şəhər Məhkəməsinə aparmaq imkanından məhrumdur”, -deyə Penitensiar Xidmətdən bildirilib.