Penitensiar Xidmət - 12 saylı müəssisənin ərazisinə guya xüsusi təyinatlıların və polis kolonlarının yeridilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil
Xüsusi Penitensiar Xidmətdən bildirirlər ki, guya 12 saylı müəssisənin ərazisində xüsusi hərəkətlilik olduğu, xüsusi təyinatlıların və polis kolonlarının yeridilməsi barədə yayılan məlumat həqiqətə uyğun deyil və ictimaiyyəti çaşdırmaq üçün növbəti cəhddir.
“Bildirmək istərdik ki, yayılan kadrlar 12 saylı müəssisənin ərazisi deyil, Xüsusi Penitensiar Xidmətin Rustavidə yerləşən Xarici Mühafizə və İnformasiya-Texniki Təhlükəsizlik Baş İdarəsinin bazasıdır.
Məlumat üçün bildirək ki, Xüsusi Penitensiar Xidmət oktyabrın 1-də təhlükəsizlik normalarına maksimal şəkildə əməl olunması üçün əlavə qüvvələr ayrılması məqsədi ilə Daxili İşlər Nazirliyinə müraciət edib, qüvvələr məhz Baş İnformasiya-Texniki Mühafizə İdarəsinin bazasında yerləşdirilib.
Yayılmış kadrlarda Daxili İşlər Nazirliyinin əlavə qüvvələrinin rotasiya prosesi əks olunub və 12 saylı müəssisənin yaxınlığında xüsusi səfərbərlik aparılmır”, – deyə Xüsusi Penitensiar Xidmətin açıqlamasında bildirilir.