Penitensiar müəssisələrdə uzunmüddətli görüşlərə qoyulan məhdudiyyətlər götürülür
Bütün cəzaçəkmə müəssisələrində uzunmüddətli görüşlərə qoyulan məhdudiyyətlər bu gündən etibarən götürüləcək.
Xüsusi Penitensiar Xidmətdən verilən məlumata görə, Xüsusi Penitensiar Xidmət tərəfindən uzunmüddətli görüşlərin açılmasına dair verilən qərar Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz və Səhiyyə Nazirliyinin tövsiyyələrinə əsasən qəbul edilib.
Yalnız iki dəfə peyvənd olunmuş müqəssirlər/ məhkumlar uzunmüddətli görüşlərdən yararlana biləcəklər. Ziyarətçilərin qəbuluna gəlincə, yalnız tam peyvənd olunmuş və müvafiq sənədi təqdim edən şəxslərə müqəssirləri/ məhkumları ziyarət etmək üçün icazə veriləcək.
Penitensiar Xidmətdəndən bildirilir ki, sistemi, Covid-19-un yayılmasından qorumaq üçün bir sıra effektiv addımlar və qabaqlayıcı tədbirlər görülüb. Məhz bu məqsədlə, qurum, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz və Səhiyyə Nazirliyinin dəstəyi ilə, bütün müəssisələrdə bu vaxtadək davam edən məhkumların könüllü peyvəndlənməsi prosesinə 18 may tarixində başlamışdır.