Penitensiar Xidmət Xalq Müdafiəçisinə müraciət edərək, ekspertlər qrupunun üzvünün Mixeil Saakaşvilinin şəxsi məlumatlarını ictimailəşdirməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş razılığa malik olub-olmamasına açıqlıq gətirməyə çağırır
Penitensiar Xidmət Xalq Müdafiəçisinə müraciət edərək, ekspertlər qrupunun üzvünün Mixeil Saakaşvilinin şəxsi məlumatlarını ictimailəşdirməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş razılığa malik olub-olmamasına açıqlıq gətirməyə çağırır

 

Xüsusi Penitensiar Xidmətin məlumatına görə, cari ilin aprelin 30-da Xalq Müdafiəçisi tərəfindən yaradılmış ekspertlər qrupunun üzvü Qiorqi Qriqoliya “TV Pirveli”-nin efirində həmin qrup tərəfindən hazırlanan hesabatın əlavəsində əks  olunmuş məhkum Mixeil Saakaşvilinin xüsusi kateqoriyalı şəxsi məlumatlarını ictimaiyyətə açıqlayıb.

İdarənin məlumatına görə, Xalq Müdafiəçi Aparatı tərəfindən Xüsusi Penitensiar Xidmətə cari ilin aprelin 28-də göndərilən məktubda hesabatın əlavəsinin ictimailəşdirilməməsi xüsusilə qeyd olunubmuş.

“Xüsusi Penitensiar Xidmət Xalq müdafiəçisinin ekspertlər qrupunun rəyinə dərhal reaksiya verib və idarənin ən qısa zamanda ombudsmana ünvanlanacaq suallarının olduğu barədə məlumat yayıb. Aprelin 30-da Penitensiar Xidmət Xalq Müdafiəçisinə müraciət edib və suallara əsaslandırılmış cavab gözləyir. Məktubda yer alan məsələlərdən biri də qanda albuminin miqdarı ilə bağlı açıqlanan məlumatlarla bağlı olub. Səsləndirilən məlumatlar ekspertlər qrupu üçün əlçatan olan təhlillərin faktiki nəticələrindən kəskin şəkildə fərqlənir.

Xalq Müdafiəçisi Aparatından cavabların alınmasına və zərurət yaranacağı təqdirdə qrupun üzvlərindən  müsahibələrin alınmasınadək, həkim tərəfindən təsadüfü , dəqiqləşdiriləsi məlumatların yayılması yüksək risk  daşıyır, bu da ictimaiyyətə yanlış məlumat verməklə reallıqdan kəskin şəkildə fərqli təsəvvürlərə səbəb ola bilər.

Xüsusi Penitensiar Xidmətə təqdim edilmiş məlumatın göndərdikləri məktuba əsasən ictimai olmadığını bildirən xalq müdafiəçisinə müraciət edərək, yaratdığı ekspertlər qrupunun üzvünün hesabatın əlavəsində dərc edilmiş şikayətlər, təyin olunan dərmanların siyahısı və digər məlumatları ictimailəşdirməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş razılığa malik olub-olmamasına açıqlıq gətirməyə çağırırıq”-deyə yayılmış məlumatda deyilir.