Peleni bu gün dəfn edəcəklər #1TVSPORT
Peleni bu gün dəfn edəcəklər #1TVSPORT

 
Futbolun kralı Peleni bu gün dəfn edəcəklər. Braziliyanın Santos şəhərinə minlərlə insan Pele ilə vidalaşmaq üçün toplaşıb.

Vətəndaşlar futbol kralını Pelenin keçmiş komandası “Santos”un ev meydançası olan Urbano Kaldira stadionunda yad edəcəklər.

Əfsanəvi futbolçunun dəfn mərasimində FİFA prezidenti Canni İnfantino və “Konmebol” futbol federasiyasının rəhbəri Alexandro Dominqes iştirak edib.

Pele Santosun özəl qəbiristanlığında dəfn olunacaq. Braziliya hökuməti Braziliya və Latın Amerikasının ən böyük limanı olan Santos limanına əfsanəvi futbolçunun adını verməyi planlaşdırır.

Xatırladaq ki, Pele dekabrın 29-da 82 yaşında vəfat edib. Əfsanəvi braziliyalı futbol tarixində üç dəfə (1958, 1962, 1970) dünya çempionu adını qazanan yeganə şəxsdir. Pele Braziliya millisində 92 oyun keçirib və 77 qol vurub.