Braziliya və dünya futbolunun əfsanəsi, “Futbol kralı” Pele 82 yaşında dünyasını dəyişib.
Üçqat dünya çempionu 2021-ci ildə yoğun bağırsaq xərçəngindən əməliyyat olunub və kimyaterapiya kursundan keçib. 2022-ci ilin əvvəlində vəziyyəti pisləşib və bu yaxınlarda o, San-Pauludakı xəstəxanaya yerləşdirilib.
Pele Braziliya millisinin tərkibində ən çox DÇ-nin qalibi olub – 1958, 1962 və 1970-ci illərdə DÇ-nin qalibi olub.