Pekin 2022 | Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Gürcüstan doqquz idmançı ilə təmsil olundu [Video] # 1TVSPORT

 

Bu gün, fevralın 4-də, Tbilisi vaxtı ilə saat 16:00-da XXIV Pekin Qış Olimpiya Oyunlarının təntənəli açılışı baş tutdu, tamaşaçılar canlı reportajı Gürcüstanın Birinci Kanalında izləyirdilər.

Gürcüstanın Olimpiya komandası Çinin paytaxtında doqquz idmançı ilə mübarizə aparır və bu, milli komandamız üçün Qış Olimpiya Oyunlarında rekord göstəricidir.

Pekin 2022-nin təntənəli açılış mərasimində Nino Tsiklauri və Moris Ğvitelaşvili Olimpiya yığmamızın bayraqdarları olublar.

Pekin 2022- də Gürcüstan Olimpiya komandasının üzvləri :

Moris Ğvitelaşvili – fiqurlu konkisürmə, fərdi konkisürmə (kişilər)

Anastasiya Qubanova – fiqurlu konkisürmə, fərdi konkisürmə (qadınlar)

Maria Kazakova / Qiorqi Revia – fiqurlu konkisürmə, buz rəqsi (qarışıq cütlüklər )

Karina Safina / Luka Berulava – fiqurlu konkisürmə, idman konkisürməsi (qarışıq cütlüklər)

Nino Tsiklauri – Dağ xizəyi

Soso Caparidze – Dağ xizəyi

Saba Kumaritaşili – konkisürən