Pedro Sançes ikinci müddətə İspaniyanın Baş naziri seçilib
Pedro Sançes ikinci müddətə İspaniyanın Baş naziri seçilib

 
Pedro Sançes ikinci müddətə İspaniyanın Baş naziri seçilib.

179 deputat Pedro Sançesi dəstəkləyib, 171 deputat isə əleyhinə səs verib.

Sançes koalisiya hökumətinin bərpasını təmin etmək üçün altı partiyanı bir araya gətirib. Pedro Sançes, həmçinin 2017-ci ildə Kataloniya bölgəsi üçün uğursuz ayrılma cəhdi zamanı qanunu pozanlara amnistiya vəd etdikdən sonra iki Kataloniya separatçı partiyası ilə müqavilə imzalayıb.

İyulda keçirilən seçkilərdə mühafizəkar “Xalq Partiya”sı qalib gəlib, lakin partiyanın lideri Alberto Nunes Feixo parlament çoxluğunu qura bilməyib.