Paytaxtın 2022-ci ilə olan büdcəsindən 5 milyon lari ev-eşiksiz ailələrə mənzil alınmasına xərclənəcək
5 milyon lari ev-eşiksiz ailələrin mənzillə təmin olunmasına, 10 milyon lari isə sosial cəhətdən həssas pensionerlər üçün 500 larilik dərman vauçeri proqramına xərclənəcək -bu barədə Tbilisinin vitse-meri İrakli Xmaladze paytaxt sakrebulosunda Tbilisinin 2022-ci ilin büdcəsini təqdim edərkən bildirib.
2022-ci ilin büdcəsinin əsas parametrlərindən danışan vitse-mer gələn il üçün nəzərdə tutulan layihələrin həyata keçirilməsinə sərf olunacaq digər konkret vəsaitləri də qeyd edib.
“Sizə 2022-ci ildə başlayacaq və bəziləri elə 2022-ci ildə başa çatacaq yeni layihələr haqqında danışmaq istəyirəm. Bu layihələrə Krtsanisi küçəsinin , Melikişvili küçəsinin , Mindeli körpüsünün , Metexi körpüsünün reabilitasiyası , mənzil tikintisi və qəzalı binaların bərkidilməsi daxildir– bunun üçün ümumilikdə 12 720 000 lari ayrılıb.
Qəzalı evlərin əvəzlənməsi proqramı – bu 20 milyon laridir. Bununla belə, hamınızın yaxşı bildiyi və seçkiqabağı dövr ərzində haqqında danışdığımız proqram Ev-eşiksiz Ailələrə Yardım Proqramıdır. Onlar üçün mənzillərin alınması – beş milyon lari. Bundan əlavə, pensionerlərə 500 larilik dərman vauçeri ilə kömək etmək üçün 10 milyon lari ayrılıb. Zurab Anjaparidze adına 8-ci İncəsənət Məktəbinin təmir-bərpa işlərinə 750 000 lari ayrılıb. İlya Çavçavadzenin Çubinaşvili 21 ünvanındakı ev-muzeyinin bərpası üçün – 1 300 000 lari. 15 Park layihəsi – 10 milyon lari, əsasən planlaşdırma və layihə işləri üçün nəzərdə tutulub. İdman mərkəzlərinin tikintisi -5 000 000 lari”-deyə İrakli Xmaladze bildirib.