Paytaxtda yaşayan 13 ailəyə yaşayış sahəsi rəmzi qiymətə, bir lariyə veriləcək, – paytaxt meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında bu barədə bildirib.
Onun sözlərinə görə, bu dəfə Didube rayonunda 11, Samqoridə və Qldanidə bir ailə üçün mənzil qanuniləşdiriləcək.
“Başlatdığımız sosial proqramı uğurla davam etdiririk. Bu yaşayış sahəsinin qanuniləşdirilməsidir. Çox xoşbəxtəm ki, 2000 -ə qədər ailəni sevindirmişik. Keçən həftə mənzilləri rəmzi qiymətə – bir lariyə paytaxtda yaşayan 20 ailəyə verdik və bu gün isə Tbilisi Munisipalitetinin Hökumətinin iclasında rəmzi qiymətə 13 ailəyə yaşayış sahəsinin verilməsi məsələsini qaldıracağıq. Hamını təbrik edirəm, bu mənim və komanda yoldaşlarım üçün çox sevindirici haldır. Bənzər problemi olan hər kəsə kömək edəcəyik – məxsus olduğunuz rayonun icra rəhbərliyi ilə mütləq əlaqə saxlayın, əməkdaşlarımız sizə mənzilinizi qanuniləşdirmək üçün hansı sənədlərin lazım olduğu barədə ətraflı məlumat verəcəklər “-deyə Kaxa Kaladze bildirib.
Paytaxt merinin sözlərinə görə, qeyd olunan proqram çərçivəsində bu gün Qldani rayonunda yaşayan 36 ailəyə mülkiyyəti təsdiq edən sənəd veriləcək.