Pavel Herçinski - Qeyri-hökumət təşkilatlarına dəstək azalmayacaq, hökumətə ayırdığımız maliyyənin bir hissəsini onlara yönəltməyə çalışacağıq
Pavel Herçinski - Qeyri-hökumət təşkilatlarına dəstək azalmayacaq, hökumətə ayırdığımız maliyyənin bir hissəsini onlara yönəltməyə çalışacağıq

Vətəndaş cəmiyyətinə və qeyri-hökumət təşkilatlarına dəstəyimiz azalmayacaq, əksinə, bu qanuna cavab olaraq, açıq şəkildə təzyiq altında olan vətəndaş cəmiyyətinə dəstəyimizi artırmaq üçün Gürcüstan hökumətinə ayırdığımız maliyyənin bir hissəsini onlara yönəltməyə çalışacağıq-bu haqda Aİ-nin Gürcüstandakı səfiri Herçinski deyib.

“Sizi əmin etmək istəyirəm ki, biz Gürcüstandan imtina etmirik, biz burada qalırıq. Bizim ikitərəfli münasibətlərdə problemimiz var, lakin bu problemin aradan qaldırılacağına səmimi şəkildə ümid edirik. Biz çox səbirliyik, Gürcüstanı gözləyirik. Gürcüstan namizəd ölkə statusu aldı, bu da tarixi nailiyyət idi. Bəzi maliyyə vəsaitlərinin itiriləcəyini, digərlərinin yönləndiriləcəyini və ya dayandırılacağını soruşursunuzsa, bəli, bunlar 27 üzv dövlətin nümayəndələrinin qərar verəcəyi variantlar arasındadır. Vətəndaş cəmiyyətinə və qeyri-hökumət təşkilatlarına dəstəyimiz azalmayacaq, əksinə, bu qanuna cavab olaraq, açıq şəkildə təzyiq altında olan vətəndaş cəmiyyətinə dəstəyimizi artırmaq üçün Gürcüstan hökumətinə ayırdığımız maliyyənin bir hissəsini onlara yönəltməyə çalışacağıq”- Herçinski bildirib.