Pavel Herçinski – İnqilablar və rejim dəyişiklikləri ilə məşğul deyilik, Avropa İttifaqı Gürcüstanda demokratik yolla seçilmiş bütün hakimiyyətlərlə işləyir

19:47, 06.06.2024

 
Avropa İttifaqı olaraq biz inqilablar və rejim dəyişiklikləri ilə məşğul deyilik, Avropa İttifaqı Gürcüstanda demokratik yolla seçilmiş bütün hakimiyyətlərlə işləyir-bu haqda Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

O, Avropa İttifaqının indiki hakimiyyətlə çox sıx əməkdaşlığının olduğunu bildirib.

“Biz seçiləcək istənilən hökumətlə işləyəcəyik, oktyabrın 26-da azad və ədalətli seçkilərə ümid edirəm” – Pavel Herçinski bildirib.

Oxşar