Patriarxlıq Kaşveti Kilsəsi yaxınlığında baş verən insidentlə bağlı bəyanat yayır
Patriarxlıq Kaşveti Kilsəsi yaxınlığında baş verən insidentlə bağlı bəyanat yayır

Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti iyunun 21-də Kaşvetidə baş verən hadisə ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edildiyi kimi, ayrı-ayrı şəxslər tərəfindən müqəddəslərin təhqir edilməsi, küfr edilməsi və ya kilsə xidmətçilərinə fiziki zorakılıq edilməsi faktları tez-tez baş verməyə başladı.

“Son zamanlar müxtəlif tərəflərdən kilsəyə qarşı aqressiv münasibət cəmiyyətdə qarışıq nəticələrə səbəb olub. Müəyyən şəxslər üçün belə neqativ siyasət aqressiya və hörmətsizliyi təşviq etmək üçün əsas oldu. Nəticədə, bəzi şəxslər tərəfdən müqəddəs yerlərin təhqir olunması, küfr edilməsi və ya kilsə xidmətçilərinə qarşı fiziki zorakılıq faktları daha tez-tez baş verir.

Belə bir fakt bu il iyunun 21-də, saat 07:30-da Kaşveti kilsəsində də baş verib. Həmin vaxt orada yalnız gözətçi Qoça Çiçiaşvili olub və vəzifəsini yerinə yetirib. Aqressiv əhvali-ruhiyyəli gənc həyətə daxil olub və kilsənin qapısını açmağı tələb edərək gözətçinin otağına daxil olub. Vəziyyəti sakitləşdirmək üçün gözətçi onu bayıra çıxarmağa çalışıb. Eyni zamanda kilsənin qapısının yanında patrul polisləri olub. Gözətçi onlardan kömək istəyib, buna görə sözügedən gənc əsəbiləşib və gözətçinin başına dəmir əşya ilə zərbə endirib. Qeyd olunan faktdan sonra patrul əməkdaşları gənci yaxalayaraq, gözətçinin sağlamlığına ilkin tibbi yardım göstərmək üçün təcili tibbi yardım briqadasını çağırıblar. Fiziki zədə aldığı üçün o, İnqoroğva klinikasına köçürülüb” – məlumatda deyilir.