Patriarx Petre Tsaavayı baş keşiş vəzifəsindən azad etdi
Patriarx Petre Tsaavayı baş keşiş vəzifəsindən azad etdi

Petre Tsaavanın bəyanatına görə, Müqəddəs Sinod onu baş keşiş vəzifəsindən azad etdi.

Bu barədə bəyanatı Petre Tsaava jurnalistlərə patriarxlıq binasını tərk edəndən sonra verdi.

“Müqəddəs Sinod presedentsiz bir qərar verdi və məni baş keşiş vəzifəsindən azad etdi”, – dedi Petre Tsaava.

Onun sözlərinə görə, Sinod qərar verdi ki, prezidentə dekanoz Giorgi Mamaladzenin həbsdən buraxılması ilə bağlı müraciət edilsin.

Xatırladaq ki, dekanoz Giorgi Mamaladzeyə məhkəmə patriarxın katib-referatı olan Şorena Tetruaşvilinin qətlə yetirilməsinin hazırlanması və qeyri-qanuni olaraq, silahın saxlanılması ittihamları ilə, 9 il həbs qərarı verib.