Pasxa gecəsi metro 00:00-dan 04:00-a qədər fəaliyyət göstərəcək
Pasxa gecəsi metro 00:00-dan 04:00-a qədər fəaliyyət göstərəcək

 

Pasxa gecəsi metronun fəaliyyət müddəti uzadılacaq və o, saat 00:00-dan 04:00-a qədər fəaliyyət göstərəcək – bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib və bayram günlərində munisipal nəqliyyatın hərəkətindən danışıb.

Paytaxt meri aprelin 24-ü və 25-də saat 08:00-dan saat 20:00-a kimi Tbilisinin məzarlıqları istiqamətində vətəndaşlara pulsuz xidmət göstərəcək avtobusların marşrutlarını da açıqlayıb.

“Pasxa bayramı yaxınlaşır və əhaliyə 23, 24 və 25 aprel tarixlərində munisipal nəqliyyatın hərəkəti barədə məlumat vermək istəyirəm. Pasxa gecəsi metronun fəaliyyət müddəti uzadılacaq, çünki bir çox insan kilsəyə gedir, ibadətlərdə iştirak edir və bütün bunlar gec başa çatır. Əhalinin qayğısına qalırıq və ictimai nəqliyyat hər cür təmin olunacaq. Belə ki, aprelin 24-də metronun fəaliyyət müddəti uzadılacaq və o, saat 00:00-dan 04:00-a qədər fəaliyyət göstərəcək. Bundan əlavə, aprelin 24-ü və 25-də, saat 08:00-dan 20:00-a qədər avtobuslar Tbilisinin məzarlıqları istiqamətində pulsuz hərəkət edəcək” -deyə Tbilisi meri bildirib.

Onun sözlərinə görə, munisipal nəqliyyat Muxatqverdi və Vaşlijvari qəbiristanlığı istiqamətində sərnişinlərə metronun “Didube” stansiyasından xidmət göstərəcək;

“Munisipal nəqliyyat qədim və yeni Kukia məzarlıqları istiqamətində sərnişinləri Stansiya və Kote Marcanişvili meydanlarından aparacaq; Həmçinin “Saburtalo” şəhər qəbiristanlığına – “Delisi” metrostansiyasından; “Ğrmağele” şəhər qəbiristanlığı istiqamətinə – “Saracişvili” metrostansiyasından; “Veli” məzarlığına gedən avtobus Besarion Chichinadze küçəsində 25-ci binanın yanında saxlayacaq, “Varketili” şəhər qəbiristanlığına gedən avtobus isə metronun “Varketili” stansiyasından və Şuamta küçəsindən hərəkət edəcək” – deyə Kaladze bildirib.