Paşinyanın mətbuat katibi  20 270 nəfər erməninin Kornidzor keçid məntəqəsini keçdiyini açıqlayıb
Paşinyanın mətbuat katibi 20 270 nəfər erməninin Kornidzor keçid məntəqəsini keçdiyini açıqlayıb

Kornidzordan 20 270 erməni vətəndaşı keçib – Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

“Hazırda 20 270 məcburi köçkün Kornidzor keçid məntəqəsini keçib, onlardan 2 850 nəfəri dövlət tərəfindən mənzillə təmin olunub”- Bağdasaryan bildirib.

Ermənistan Baş nazirinin mətbuat katibinin sözlərinə görə, Qorisdə 615, Sisianda 169, Tatevdə 171, ümumilikdə isə Sünik bölgəsində 1298 nəfər yerləşdirilib.