Parlamentin yanında 20 iyun ilə bağlı aksiya-sərgi keçirildi
Parlamentin yanında 20 iyun ilə bağlı aksiya-sərgi keçirildi

Gürcüstan parlamentinin yanında 20 iyun ilə bağlı aksiya-sərgi keçirildi.

Aksiya iştirakçıları ilə bərabər parlamentin yanında “Avropa Gürcüstanı”-nın deputatı Elene Xoştaria da getdi.

Aksiya iştirakçılarının dediyinə görə, onlar Rusiya işğalını etiraz edirlər və işğal xəttinin yanında çəkilən şəkilləri də sərgiyə çıxardmaq istəyirdilər, ancaq parlamentə daxil ola bilmədilər.

“Bugün parlamentə Ketevan Tsixelaşvili gəlir. Bilirik ki, onun əslində Rusiya ilə aparılan siyasətdə qərar verici rolu yoxdur, ancaq reallıq odur ki, işğal xəttinin yanında yaşayan şəxslərin sosiyal yardımları ləğv edildi, onlar faktiki olaraq, bağ-bostanlarını itirdilər və çox ağır vəziyyətdədirlər ” – dedi Elene Xoştaria.

Parlametin yanında polis qüvvələri səfərbər olunub.