Parlamentin yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası davam edir
Parlamentin yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası davam edir

 
Gürcüstanın Parlamentinin yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası davam edir.

Parlamentin yaxınlığında aksiya səhər saatlarından etibarən keçirilir. Etirazçıların tələbi dəyişməz olaraq qalır. Onlar qanun layihəsinin geri çəkilməsini tələb edirlər.

Aksiya iştirakçıları qazan və tavalarla əraziyə gediblər. Onlar qanun layihəsi ilə bağlı narazılıqlarını bu şəkildə ifadə edirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunverici orqanın binasının yaxınlığına səfərbər olunublar.