Parlamentin plenar iclası kvorum olmadığı üçün başlaya bilmir
Parlamentin plenar iclası kvorum olmadığı üçün başlaya bilmir

 
Gürcüstan Parlamentinin plenar iclası kvorum olmadığı üçün bu vaxtadək başlaya bilmir. Deputatlar ikinci dəfə qeydiyyatdan keçiblər, lakin kvorum baş tutmayıb. 73 deputat qeydiyyatdan keçib, iclası açmaq üçün 76 qanunverici lazımdır.

“Qirçi”nin nümayəndələri, müstəqil deputat Teona Akubardia, Tariel Nakaidze, Pridon İncia və Avtandil Enukidze plenar iclasda iştirak edirlər.

Müxalifətin qalan hissəsi iclasda iştirak etmir. Onlar siyasi boykot elan ediblər.

Hazırda iclasda 5 dəqiqəlik fasilə elan edilib, bundan sonra yenidən qeydiyyat aparılacaq.