Parlamentin Milli Kitabxanasında QİÇS ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirildi
Gürcüstan Parlamentin Milli Kitabxanasında QİÇS ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirildi. Görüşdə ölkədə QİÇS baxımından mövcud durum, nailiyyətlər, çağırışlar və perspektivlər müzakirə olundu.
QİÇS Mərkəzinin məlumatına görə, 2019 il 30 noyabr göstəriciləri ilə, Gürcüstanda QİÇS-in 8028 halı qeydə alınıb, buradan 6023 kişi və 2005 qadındır. 1626 insan xəstəlikdən vəfat etdi. 2019-cu ilin 11 ayında QİÇS-in 594 yeni hal qeydə alındı.

