Parlamentin bugünkü iclası milli komandanın qələbəsinin qeyd edilməsi ilə başladı
Gürcüstan Parlamentinin üzvləri bu gün qanunverici orqana futbol üzrə milli komandanın köynəyi, Gürcüstanın bayraqları və şərflər ilə gediblər.
Milli komandanın qələbəsini qeyd etmək üçün parlamentin plenar iclası “Gülümsə” mahnısı (nağılın sonu yaxşıdır) və alqışlarla açıldı.
Gürcüstanın milli komandası Avropa çempionatının qrup mərhələsinin son oyununda Portuqaliyaya 2:0 hesabı ilə qalib gəldi və Avropa çempionatında 1/8 finala yüksəldi.