Parlamentin binasında mayın 14-ü saat 17:00-dan "qırmızı təhlükəsizlik" səviyyəsi qüvvəyə minəcək
Parlamentin binasında mayın 14-ü saat 17:00-dan "qırmızı təhlükəsizlik" səviyyəsi qüvvəyə minəcək

 
Parlamentin binasında mayın 14-ü saat 17:00-dan ləğv edilənədək “qırmızı təhlükəsizlik” səviyyəsi qüvvəyə minəcək. Bu haqda Gürcüstanın Parlamenti məlumat yayır.

“Mayın 14-də “qırmızı təhlükəsizlik” səviyyəsi dövründə Gürcüstanın Parlamentinə parlament aparatının rəhbəri tərəfindən təhlükənin xüsusiyyətləri və onun aradan qaldırılması ehtiyacına müvafiq olaraq müəyyən edilən şəxslərdən başqa heç kim buraxılmayacaq.

Əlavə təhlükəsizlik tədbirləri “Gürcüstanın Parlament Sarayında təhlükəsizliyin müdafiəsi qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan Parlamentinin sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 əmrinə uyğun olaraq həyata keçirilir”-parlamentin yaydığı məlumatda qeyd olunub.