Parlamentdə təqdim edilən "Əmək məcəlləsi" uşağa baxmaq üçün, atalara da ödənişli məzuniyyətin verilməsini nəzərdə tutur
Parlamentdə təqdim edilən "Əmək məcəlləsi" uşağa baxmaq üçün, atalara da ödənişli məzuniyyətin verilməsini nəzərdə tutur

Parlamentdə təqdim edilən “Əmək məcəlləsi” uşağa baxmaq üçün, atalara da ödənişli məzuniyyətin verilməsini nəzərdə tutur.

Dəyişikliklərə əsasən, ödənişli məzuniyyət hamiləlik və doğum üçün və uşağa baxmaq üçün verilir.

Qanunlayihəyə əsasən, işləyən şəxsə hamiləlik və doğum nədəni ilə, ödənişli məzuniyyət olaraq, 126 təqvim günü verilir. Doğum prosesinin ağırlaşdığı hallarda və yaxud əkizlərin doğulduğu halda, isə, 143 gün verilir.

Layihədə qeyd olunur ki, öz tələbi əsasında, işlə təmin edilən şəxsə uşağa baxmaq üçün 604 günlük məzuniyyət verilir. Doğum prosesinin ağır keçdiyi təqdirdə isə, 587 gün. Dəyişikliklərlə konkretləşdirilir ki, uşağa baxmaq üçün verilən məzuniyyətin 57 günü ödənişlidir.

“Qeyd olunan maddənin 3-cü bəndində göstərilən uşağa baxmaq məzuniyyəti, birinci maddədə göstərilən hamiləlik və doğum məzuniyyətinin istifadə edilən günlərinin çıxardılması ilə verilir və ondan uşağın anası və yaxud atası istifadə edə bilər.

Belə hallarda, işlə təmin edilən şəxs iki həftə öncə iş sahibinə məzuniyyətə çıxmaq istədiyi haqqında xəbər verməlidir.