Parlamentdə söz və fiziki qarşıdurma baş verdi (video)

Gürcüstan Parlamentində söz və fiziki qarşıdurma baş verdi. Qarşıdurma “Milli Hərəkatın” üzvü Nika Meliya və “Vətənpərvərlər Aliyansının” üzvü İrma İnaşvili arasında baş verdi.

Qarşıdurma və replikalar “Milli Hərəkatın” üzvü Nika Meliyanın çıxışından sonra başladı. O, çıxışında seçkiləri qanlı seçkilər, Parlamentin sədri İrakli Kobaxidzeni və Enzel Mkoyanı isə, kriminallar adlandırdı.

Parlamentin sədri deputatları sakit olmağa doğru çağırdı və qeyd etdi ki, Nika Meliya klounada qurdu.

“Heçnə baş vermir, onlar sadəcə olaraq məğlubiyyətləri ilə barışa bilmirlər. Nika Meliya klounadanı neçənci dəfə qurmalıdır. Məğlubiyyətə uğramış “Milli Hərəkatın” üzü budur”, – irakli Kobaxidze bəyan etdi.