Parlamentdə fiziki qarşıdurma yaşanır

 

Hazırda plenar iclasın keçirildiyi Gürcüstanın Parlamentində parlament əksəriyyətinin üzvləri ilə müxalifət arasında qarşıdurma yaşanıb.

Qarşıdurmaya səbəb Levan Xabeişvilinin çıxışı olub və çıxış zamanı Dimitri Samxaradze ilə Levan Xabeişvili bir-birini təhqir ediblər.

Daha sonra parlament əksəriyyətinin üzvləri ilə müxalifət arasında mübahisə fiziki qarşıdurmaya çevrilib.

İclas zalında səs-küy və sözlü qarşıdurma yaşanır, bu səbəbdən də hazırda iclası davam etdirmək mümkün deyil.