Parlamentdə deoliqarxizasiya məsələsi üzrə işçi qrupunun ilk iclası keçirilir
Parlamentdə deoliqarxizasiya məsələsi üzrə işçi qrupunun ilk iclası keçirilir

 

Avropa Komissiyasının rekomendasiyalarından irəli gələrək, parlamentdə deoliqarxizasiya məsələsi üzrə işçi qrupunun ilk iclası keçirilir. İclasda müxalifətin bir hissəsi iştirak edir.

İşçi qrupun üzvlərinə deoliqarxizasiya ilə bağlı əsas sənəd kimi Ukrayna modeli verilib və məhz Ukrayna modeli üzrə müzakirə aparılır.

İclasda niyə Ukrayna modeli ilə müzakirə aparıldığına dair sual ünvanlanıb. Hüquq Məsələləri üzrə Komitənin sədri Anri Oxanaşvili, Avropa Komissiyasının Ukraynaya deoliqarxizasiya ilə bağlı özləri tərəfindən qəbul edilmiş qanunun icrasına dair göstəriş verdiyini açıqlayıb.

O bildirib ki, Avropa Komissiyasının Ukraynaya verdiyi rekomendasiyadan irəli gələrək, onların istəyinin sözü gedən qanunun həyata keçirilməsi olduğu aydındır. Ukrayna qanunvericiliyinə gəlincə, Oxanaşvili bildirir ki, Ukrayna qanunvericiliyi dörd əsas komponentə əsaslanır, bunlara: müvafiq şəxsin siyasətə müdaxilə komponenti; Yaşayış minimumunu bir milyona vurmaqla hesablanan külli miqdarda maliyyə vəsaiti; Həmçinin mediaya təsir və bazarda dominant mövqeyə sahib olmaq.

Deputat bildirir ki, əgər insan dörd komponentdən üçünə cavab verirsə, o, oliqarx sayılır. İşçi qrup oktyabrın 5-dək “Deoliqarxizasiya haqqında” qanunlayihənin təşəbbüsünü qaldırmalıdır, noyabrın 29-u onun qəbulu üçün son müddət təyin edilib.