Parlament "Yayımçı haqqında" qanunvericilik paketini birinci oxunuşla təsdiqlədi
Parlament "Yayımçı haqqında" qanunvericilik paketini birinci oxunuşla təsdiqlədi

Parlament “Yayımçı haqqında” qanunvericilik paketini birinci oxunuşla, 82 səslə leyhinə və 11 səslə əleyhinə olan səs vermə nəticəsində təqsdiqlədi.

Yeni təşəbbüs ilə təsdiqləndi ki, İctimai Yayımçı öz produksiyasının, (ancaq efirinin deyil), 25 faizini müstəqil özəl hüquqi şəxslər tərəfindən hazırlanmış proqramlara verəcək.

Həmçinin, yeniliklərə əsasən, İctimai Yayımçı, yayım öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə, periodik şəkildə, ictimai fikir haqqında tədqiqatlar keçirəcək.

Bununla yanaşı, qanunlayihə ilə, İctimai Yayımçıya icazə verilir ki, Tbilisidə və Gürcüstanın müxtəlif rayonlarında, yayımının təmin edilməsi zəmanətinin artırılması üçün, əlavə tele-radyo dalğalarından istifadə edə bilər.