Parlament yaxınlığında “Gürcü Arzusu”nun təşkil etdiyi ümumxalq yığıncağında Bidzina İvanişvili də iştirak edəcək
Parlament yaxınlığında “Gürcü Arzusu”nun təşkil etdiyi ümumxalq yığıncağında Bidzina İvanişvili də iştirak edəcək

 

Parlament yaxınlığında “Gürcü Arzusu”nun təşkil etdiyi ümumxalq yığıncağında “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili də iştirak edəcək.

Bu haqda parlament çoxluğunun lideri Mamuka Mdinaradze açıqlayıb.

“Cənab Bidzina aksiyada mütləq olacaq, bu, onun istəyidir. O, aksiyada iştirak edəcək”- deyə Mamuka Mdinaradze açıqlayıb.

Mdinaradze hamını aksiya iştirakçılarına hörmət etməyə çağırıb.

“Əminəm ki, bu, olduqca böyük aksiya olacaq. Mən hamını aksiyanın hər bir iştirakçısına hörmət etməyə çağırıram. Minlərlə insan şəxsi yazışmalarımızda yazır ki, aksiya keçirin, nə qədər olduğumuzu , nəyə qadir olduğumuzu göstərək. Bu həftələr ərzində bizə müraciət edərək əks-nümayiş keçirilmirmi deyə soruşurlar. Əks-nümayiş deyil, bizim təşkil etdiyimiz aksiyadır. Adı olacaq, bu, “Gürcü Arzusu”nun təşkil etdiyi aksiyadır və istəyən hər kəs aksiyaya gələcək və şəffaflığın adının rus deyil, şəffaflıq olduğunu bəyan edəcək. Şəffaflıq marağının adı rus marağı deyil”- deyə Mamuka Mdinaradze açıqlayıb.