Parlament "Seçki Məcəlləsi"nə dəyişikliklərə prezidentin qoyduğu vetonu götürüb
Gürcüstan Parlamenti mayın 30-da qəbul edilmiş “Seçki Məcəlləsi”nə dəyişikliklərə prezidentin qoyduğu vetonu götürüb və qanunun ilkin variantını qəbul edib.
Parlament “Gürcüstanın Seçki Məcəlləsi”nə dəyişiklikləri mayın 30-da 80 səslə üçüncü oxunuşda qəbul edib, Gürcüstanın Prezidenti Salome Zurabişvili isə iyunun 13-də ona veto qoyub.
Üçüncü oxunuşda qəbul edilmiş qanun layihəsinə əsasən, qəbul edilməsi üçün MSK-nın tam tərkibinin azı üçdə ikisinin dəstəyini tələb edən MSK-nın qərarının Mərkəzi Seçki Komissiyasının iclasında səsvermə nəticəsində qəbul edilməsi mümkün olmasa, MSK-nın bu qərarının həmin iclasda yenidən səsverməsinin keçirilməsini nəzərdə tutan norma “Seçki Məcəlləsinə” əlavə edilir. Bu halda MSK-nın sözügedən qərarı MSK-nın tam tərkibinin əksəriyyəti tərəfindən dəstəklənərsə qəbul edilmiş hesab ediləcək.
Dəyişikliklə həmçinin müəyyən edilib ki, Dairə Seçki Komissiyasının müvəqqəti üzvünün, dairə seçki komissiyasının köməkçi və ya texniki personalının üzvünün, məntəqə seçki komissiyası üzvünün fəaliyyəti və ya əmək haqqı onun sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyata alınmasına, ona sosial yardımın, sosial müavinətin və ya dövlət müavinətinin verilməsinə, ona sosial güzəştin şamil olunmasına və ya onun məşğulluğun təşviqi üzrə dövlət proqramında və ya belə proqramın alt proqramında iştirakına zərərli təsir vurmamalıdır.