Parlament müxalifətinin nümayəndələri, onlara Hüquq Məsələləri Komitəsinin iclasında iştirak etmək imkanının verilmədiyini bildirirlər
Parlament müxalifətinin nümayəndələri, onlara Hüquq Məsələləri Komitəsinin iclasında iştirak etmək imkanının verilmədiyini bildirirlər.
Xatia Dekanoidzenin dediyi kimi, Hüquq Komitəsinin üçüncü oxunuşda “Xarici təsirin şəffaflığı” qanun layihəsini dəstəklədiyi komitənin iclası qeyri-legitimdir.
“Bizə, müxalifət nümayəndələrinə iclasda iştirak etmək üçün imkan verilmədi, çünki biz pilləkənlərlə enməmişdən əvvəl polislər bizi eşikdə yubatdılar. İclas bir dəqiqə yeddi saniyəyə başladı. Bu, parlament əksəriyyətinin nümayəndələrinin belə iştirakı çatdıra bilmədiyi inanılmaz, utancverici, qeyri-legitim görüş idi. Bir tək komitə sədri içəri girdi və oradakı bəzi insanlara guya legitimlik veriblər. Açıq şəkildə deyə bilərəm ki, bu, qeyri-legitim iclasdır. Bayırda olan hər kəs bilməlidir ki, Gürcüstanın Parlamenti, “Gürcü Arzusu”, Bidzina İvanişvili Gürcüstan Konstitusiyasını pozmaqla və qeyri-legitim iclaslarla bu qanunu qəbul etməyi planlaşdırır.
Bayırdakı (eşikdəki) hamı- yağış yağdığını, soyuq olduğunu başa düşürəm, amma bunun ölkəmiz üçün tarixi bir zaman olduğunu başa düşməyimiz olduqca önəmlidir. Birgə iştirakımız qələbəmizlə başa çatmalıdır”- deyə Xatia Dekanoidze açıqlayıb.
Parlamentin Hüquq Komitəsi iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə edib və dəstəkləyib.