Parlament məktəblərdə buraxılış imtahanlarının ləğv olunması ilə bağlı qanunlayihəyi təsdiqlədi

Məktəblərdə buraxılış imtahanlarının ləğv olunması ilə bağlı qanunlayihə bu gün parlament iclasında təsdiqləndi.

İqtidar dəstəsinin bu təşəbbüsü aprelin beşində parlament iclasında texniki problemlərə görə, təsdiqlənməmişdi.

Qeyd olunan qanunlayihə ilə, məktəblərdə buraxılış imtahanlarının ləğv olunması nəzərdə tutulur.