Parlament cari həftədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərini və təhsil nazirini dinləyəcək
Parlament cari həftədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərini və təhsil nazirini dinləyəcək

 
Parlament cari sessiya həftəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərini və təhsil nazirini dinləyəcək. DTX-nın hesabatının müzakirəsi iyunun 12-nə, təhsil nazirinin saatı isə iyunun 13-nə planlaşdırılıb.

Bu haqda Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili büronun iclasında açıqlayıb.

“Sabah qanun layihələrinin müzakirəsi və siyasi bəyanatlar olacaq. Həmçinin çərşənbə günü qanun layihələri və səsvermə olacaq. Bununla yanaşı, iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin hesabatını dinləyəcəyik. Cümə axşamı isə sürətləndirilmiş qanun layihələrinin ikinci və üçüncü oxunuşu və təhsil nazirinin saatı olacaq. Cümə günü, bu günün gündəmindən irəli gələrək, görünür, iclasımız olmayacaq”- Papuaşvili açıqlayıb.