Parlament İrakli Beraianın deputat mandatına vaxtından əvvəl xitam verilməsi məsələsini dəstəkləyib
Parlament İrakli Beraianın deputat mandatına vaxtından əvvəl xitam verilməsi məsələsini dəstəkləyib

 
Gürcüstan Parlamenti İrakli Beraianın deputat mandatına vaxtından əvvəl xitam verilməsi haqqında qərar layihəsini 85 səslə dəstəkləyib.

Prosedur Məsələləri və Qaydaları Komitəsinin sədri İrakli Kadaqişvili qərar layihəsini plenar iclasda təqdim edib. Onun izahatına görə, bu məsələ İrakli Beraianın icraçı hakimiyyətdə vəzifə tutmasından sonra gündəliyə daxil edilib ki, onun tutduğu vəzifə deputat statusu ilə müvafiq gəlmir.

Gürcüstan Konstitusiyasına və parlamentin reqlamentinə əsasən, İrakli Beraianın parlament üzvü səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

İrakli Beraia aprelin 5-də Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib. İrakli Beraia Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində Şalva Lomidzeni əvəzləyib.