Parlament İctimai Yayımçının Qəyyumlar Şurasının üzvlüyünə namizədlərin seçilməsi üçün müsabiqə komisiyasını təsdiqlədi
Parlament İctimai Yayımçının Qəyyumlar Şurasının üzvlüyünə namizədlərin seçilməsi üçün müsabiqə komisiyasını 87 səslə təsdiqlədi.
Parlament sədrinin bəyanatına görə, müsabiqə komissiyası, xalq müdafiyəçisi və müxalifət ilə aparılan məsləhətləşmələr nəticəsində komplektləşdirirldi.
Kobaxidzenin dediyinə görə, məsləhətləşmələrdə iştirak edən hər bir subyekt komisiya üzvlüyünə öz namizədini adlandıra bilərdi.
“Qəyyumlar şurasının dörd üzvü, üç dəfə artıq namizədlərin arasından seçilməlidir. Nəticədə, komisiya tərəfindən 12 namizəd seçilməlidir” – dedi Kobaxidze.
Reqlamentə əsasən, müsabiqə komisiyası tərəfindən qəyyumlar şurasının namizədlərinin seçilməsindən sonra, onların siyahısı təsdiqlənmək üçün parlamentə göndəriləcək.