Parlament "Qadınlara qarşı zorakılığın və ailədaxili şiddətin qarşısının alınması, zorakılıq qurbanlarının müdafiəsi və onlara yardım haqqında" qanuna dəyişiklikləri dəstəkləyib

 

Parlament “Qadınlara qarşı zorakılığın və/və ya ailədaxili şiddətin qarşısının alınması, zorakılıq qurbanlarının müdafiəsi və onlara yardım haqqında” Gürcüstan qanununa dəyişikliyin daxil edilməsi barədə və “Ailədaxili şiddətin qarşısının alınması, ailədaxili şiddət qurbanlarının müdafiəsi və yardım haqqında” Gürcüstan qanununa dəyişiklik daxil edilməsinə dair qanunlayihəni müzakirə edib.

Qanunlayihəyə əsasən, zərər çəkmiş şəxsə ödəniləcək təzminatın məbləğinin və təzminat verilməsi qaydalarının təsdiq edilməsi öhdəliyi 2025-ci ilə qədər təxirə salınacaq.

” Layihəyə əsasən, Gürcüstan hökumətinin zorakılıq qurbanlarına dəymiş ziyanı qarşılamaq üçün təzminat ödəmə öhdəliyi var. Bununla birlikdə 2022-ci il yanvarın 1-dək hökumət zərərçəkmişə ödəniləcək təzminat məbləğini və onun verilməsi qaydalarını təsdiq etməlidir. Zorakılıq qurbanları üçün müvafiq xidmətlər dövlət tərəfindən həm böhran mərkəzləri, həm də sığınacaqlar, hüquqi, psixoloji konsultasiyalar və nümayəndəliklər baxımından, eləcə də sağlamlığa dəymiş ziyanın tam ödənilməsi baxımından təmin edilir. Sözü gedən təxirə salınma xidmətlərin göstərilməsinə və xidmətlərin artmasına mane olmayacaq”, – deyə Gürcüstanın işğal olunmuş ərazilərindən olan Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini Tamar Barkalaia bildirib.

Parlament tərəfindən təqdim olunmuş qanunlayihə 79 lehinə, 7 əleyhinə səslə dəstəklənib.

Məlumatı Gürcüstan parlamenti yayır.