Parlament bugün Xalq Müdafiyəçisi namizədlərinə səs verəcək

Parlamentin bugünki iclasında yeni Xalq Müdafiyəçisi namizədlərinə səs veriləcək.

Səs verməyə qədər deputatlar “Vətənpərvərlər alyansı” tərəfindən irəli sürülən namizədi Giorgi Popxadzeyi dinləyəcəklər və ona suallar verəcəklər.

Deputatlar artıq parlament əksəriyyəti tərəfindən təqdim edilən Nino Lomcariayı dinlədilər.

Reqlamenti nəzərə alaraq, xalq müdafiyəçisi vəzifəsinə təsdiq edilmələri üçün namizədlərə 76 deputatın səsi lazımdır, ancaq Lomcaria və Popxadze ilə bağlı fikir ayrılıqları çoxdur.