Parlament birinci dinləmə ilə, müəyyən şərtlə, hökumətə ,fövqəladə vəziyyət olmadan da  məhdudlaşdırıcı tədbirlər görməyə imkan verən dəyişiliklər paketini dəstəkləyib
 Parlament birinci dinləmə ilə, müəyyən şərtlə, hökumətə ,fövqəladə vəziyyət olmadan da  məhdudlaşdırıcı tədbirlər görməyə imkan verən dəyişiliklər paketini dəstəkləyib

 

 

Parlamentin fövqəladə sessiyasının  plenar iclasında  birinci dinləmə ilə ″İctimai Sağlamlıq ilə bağlı ″ Gürcüstan qanunvericiliyində ediləcək olan  dəyişiliklər  müzakirə edilərək ,dəstəklənib.

Konkret olaraq desək, 101 deputat qeydiyyatdan keçib,dəyişiliklərin lehinə 80 ,əleyhinə isə 3 deputat səs verib.

Qanunvericilik dəyişilikləri paketi ilə, hökumət , məhdudlaşdırıcı tədbirləri  fövqəladə vəziyyət olmadan  da həyata keçirə biləcək.

Qeyd etmək lazımdır ki,səsvermənin başlamasınadək  parlament çoxluğunun üzvü İrakli Kobaxidze təşəbbüslə çıxış edib ki, bu da müəyyən olunan normaların keçid müddəalarında müvəqqəti şəkildə , şərti olaraq iyulun 15-dək yazılmasını nəzərdə tutur.

Müddət məsələsini deputatlar səsvermədən sonra müzakirə edəcəklər. Qanunvericilər təşəbbüsü  məhz bu şərtlə dəstəkləyiblər.

Dəyişiliklərə əsasən, ″Təcrid ″ və ″Karantin tədbirləri″ terminləri qanunvericilik səviyyəsində müəyyən olunacaq.

Qanunlayihəda qeyd olunur  ki, “təcrid” – xəstənin, yoluxmuş və ya mümkün  yoluxmuş insanın xəstəliyin ötürülməsi dövründə  digər şəxslərdən ayrılmasını , xəstəliyin birbaşa və ya dolayı yolla başqa bir şəxsə ötürülməsini məhdudlaşdıran və ya istisna edən bir yerə və ya şərtlərə tabe tutulmasını nəzərdə tutur.

“Karantin tədbirləri” –nə yönəlik   izah edilir ki, bu tədbirlər silsiləsidir və xəstə olmayan, lakin ötürücülük müddəti ərzində  keçici xəstəlik halına məruz qalan    insana qarşı tətbiq olunan tədbirləri, habelə ictimai müəssisələrin fəaliyyətini, insanların hərəkətini, mülkiyyətin, əməyin ,peşə və ya iqtisadi fəaliyyətin , fiziki  şəxslərin sosial tədbirlərinin  keçirilməsi məqsədi ilə toplaşma qanunvericiliyindən fərqli olaraq tənzimlənməsini, o cümlədən müvafiq məhdudiyyətlərin təyin olunmasını, həmçinin  əhalinin sağlamlığının qorunması üçün görülməsi zəruri olan  tədbirləri nəzərdə tutur.

Qanunvericilik təşəbbüsünün müəllifləri parlament üzvləri – Dimitri Xundadze, İlia Nakaşidze, Vladimer Kaxadze, Zurab Xaçidze, Dimitri Mxeidze, Koba Nakaidzedir.

Hazırladı-Sevinc Mustafayeva