Paravani keçidində nəqliyyatın hərəkəti qadağan olunub

 

Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, ağır meteoroloji şərait (qar fırtınası və görmə məsafəsinin zəifləməsi) ilə əlaqədar olaraq , Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda yolunun km94-km110 (Paravani keçidi) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.