Papuna Marqvelidze - gecə saatlarında Qubi çayının məcrasında qaya çökməsi müşahidə olunub və bununla əlaqədar işlər səhərə qədər dayandırılıb
Papuna Marqvelidze - gecə saatlarında Qubi çayının məcrasında qaya çökməsi müşahidə olunub və bununla əlaqədar işlər səhərə qədər dayandırılıb

Racanın qubernatoru Papuna Marqvelidzenin sözlərinə görə, Şovidə təbii fəlakət zonasında axtarış əməliyyatlarının ərazisi genişləndirilib və bu gün səhər saatlarında ağır texnikanın fəaliyyəti bərpa edilib.

Onun sözlərinə görə, dünən gecə saatlarında Qubi çayının məcrasında qayaların çökməsi faktı müşahidə edilib və bununla əlaqədar səhərə qədər işlər dayandırılıb.

“Mütəxəssislərin dediyi kimi, belə irimiqyaslı təbii fəlakətlərdən sonra bu, səciyyəvidir. Görmə məsafəsinin aydın olmamasından dolayı işlər gecə saatlarından səhərə kimi dayandırılıb. Səhər saatlarında Milli Ətraf Mühit Agentliyinin mütəxəssisləri helikopter və pilotsuz təyyarələrlə bu vadiyə baxış keçiriblər və əhəmiyyətli daş aşınması baş verməyib. Müvafiq olaraq səhər saatlarından etibarən əməliyyat-axtarış tədbirləri bərpa edilib”, – deyə Papuna Marqvelidze bildirib.

Şovidə təbii fəlakət zonasında ölənlərin sayı 24-ə çatıb. Mövcud məlumatlara görə, təbii fəlakət bölgəsində 9 nəfərin axtarışı aparılır.

Avqustun 3-də Şovidə sürüşmə baş verib.