Pankisidə xüsusi əməliyyat zamanı yaralanan Temirlan Maçalikaşvili həyatını itirdi
Pankisidə xüsusi əməliyyat zamanı yaralanan Temirlan Maçalikaşvili həyatını itirdi

Pankisi dərəsinin Duisi kəndində xüsusi əməliyyat zamanı yaralanan Temirlan Maçalikaşvili həyatını itirdi.

Bu barədə məlumatı Birinci Kanala Müqəddəs Mikael adına Klinikanın meneceri Zaza Lursmanaşvili verdi.

Lursmanaşvilinin dediyinə görə, səhərə yaxın pasientin vəziyyəti pisləşdi və həkimlər onu xilas edə bilmədilər.

Dünən 19 yaşlı Temirlan Maçalikaşvilinin Türkiyə Xəstəxanasına köçürülməsinin tarixi dəqiqləşdirilirdi.