Pankisi dərəsinin əhalisi terorizmə yardım ittihamları ilə həbs edilənlərin amnistiyası tələbi ilə aksiya keçirdilər
Pankisi dərəsinin əhalisi terorizmə yardım ittihamları ilə həbs edilənlərin amnistiyası tələbi ilə aksiya keçirdilər

Pankisi dərəsinin əhalisi Duisi kəndində etiraz aksiyası keçirdi.

Aksiya iştirakçıları parlamentə müraciət etdilər ki, qanuna daxil ediləcək dəyişikliklər terorizmə yardım ittiamları əsasında həbs olunanlara da toxunsun.

Aksiyada Pankisi ağsaqqalları iştirak edirdilər. Onlar bəyan edirlər ki, həbs olunanlar Gürcüstan qanunvericiliyinə zidd olan hərəkət etməyiblər. Əgər elə olmasaydı, ağsaqqallar onları qorumazdılar.

Söhbət Ahmed Çatayevi Gürcüstana gətirib, Suriyada hərbi hərəkətlərdə iştirak edən beş nəfərdən gedir, hansılarına 10-12 il həbs cəzası verilib.

Aksiya iştirakçıları imzalar toplayırlar və majoritar deputat İrakli Kadagişviliyə vasitəçilik üçün müraciət edəcəklər.