Pankisi dərəsində baş verən zorakılıq faktı ilə bağlı iki nəfər həbs edildi

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları, Axmeta munisipalitetinin Pankisi Dərəsində, avqustun 8-də baş verən zorakılıq faktı ilə bağlı yenə bir nəfəri – 2002-ci il təvəllüdlü A.B-yı həbs etdilər.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qeyd olunan faktla bağlı polis dünən, həmçinin yerli sakin olan 1998-ci ilə təvəllüdlü İ.F-yı həbs etmişdi.

“İstintaq nəticəsində məlum oldu ki, avqustun 8-də, Kvareltskali kəndində, həbs olunan iki yerli nəfər, 1971-ci il təvəllüdlü şəxsi və onun oğlunu geyimlərinə görə, (şort geyindiklərinə görə), sözlü və fiziki təhqir ediblər.

Faktla bağlı müvafiq ekspertizalar və istintaq davam edir” – deyilir DİN-in bəyanatında.

Zorakılıq faktı ilə bağlı cinayət işi 126-cı maddə ilə aparılır.