Paata İmnadze vaksinasiyanın birinci dozasından sonra infeksiyaya yoluxanlarla bağlı açıqlama verir
Vaksinasiyanın birinci dozasından sonra infeksiyaya yoluxanlar virusdan müalicə olunduqdan 120 gün sonra ikinci doza ilə peyvənd olunacaqlar, – bu bəyanatı Xəstəliklər Nəzarətinni Milli Mərkəzinin sədr müavini Paata İmnadze verdi.
Paata İmnadze qeyd etdi ki, ehtimala görə, bu requlyasiya yenidən gözdən keçiriləcək və ikinci dozaya qədər müddət azalacaq.
Qeyd olunanlarla bağlı imunoloq Bidzina Kulumbeqov bəyan edir ki, dünyada qüvvədə olan praktika ilə, ikinci peyvənd xəstəlik başa çatdıqdan sonra vurula bilir.
Xatırladaq ki, Gürcüstan koronavirusa qarşı vaksinasyayı martın 15-də başladı.
Xəsətləkilər nəzarətinin milli mərkəzini sədri Amiran Qamkrelidze bir neçə həftə bundan sonra bəyan etmişdi ki, peyvəndin ilk dozasından sonra virusa yoluxma halları qeydə alındı, ancaq çox asan keçirilir və minimal simptomları var.