Paata İmnadze-sentyabrda tədris prosesinin bərpa olunmayacağını gözləmirik
Paata İmnadze-sentyabrda tədris prosesinin bərpa olunmayacağını gözləmirik

Sentyabrda tədris prosesinin bərpa olunmayacağını gözləmirik-bu barədə XNMM-nin direktorunun müavini,Paata İmnadze onlayn mətbuat konfransında  bildirib.

Bununla yanaşı,Paata İmnadze bildirib ki, koronavirusun qışda  geri qayıda bilmə ehtimalı yüksəkdir.

″Sentyabrda   tədris prosesinin bərpa olunmayacağını gözləmirik.Yay və payızın başlanğıcında,böyük ehtimalla,ümid edirik ki,koronavirus ilə əlaqədar nisbətən sakitçilik olacaq. Ancaq mən bilirəm ki, dünya elm xadimlərinin,  koronavirusun yox olacağına  ümid etməməli olduğumuza dair  proqnozlarını  qeyd etdikdə  bu  çox narahatlığa səbəb oldu.Əgər növbəti qış üçün virus əleyhinə effektiv vasitəyə,eləcə də peyvəndə sahib olmazsaq,böyük ehtimalla koronavirus yenə də qayıdacaq.Bunun üçün biz  daha pis ssenariyə hazırlıqlı olmalıyıq,çünkü  hər zaman  təhlükəni hazırlıqlı qarşılmaq, ona hazırsız  yaxalanmaqdan daha yaxşıdır″-deyə Paata İmnadze bildirib.

Hazırladı –Sevinc Mustafayeva