Paata İmnadze - Hələlik ona ümid etməyək ki, virus qüvvəsini itirəcək, sosiyal məsafəyə və tibbi maskalara ümid edək
Xəstəliklər Nəzarətinin Mİlli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin müavini Paata İmnadzenin bəyanatına görə, koronavirusun qüvvəsinin itirməsi ilə bağlı hələlik elmi dəlillər mövcud deyil.
Onun dediyinə görə, bu mərhələdə virusla mübarizə üçün yeganə vasitə ehtiyyatlı olmaq və requlyasiyaları qorumaqdır.
Hələlik deyə bilmərik ki, virus qüvvəsini itirir. Bunun elmi dəlillərinin əldə edlməsi üçün öncə müəyyən mutasiyalar baş verməlidir.
Müyyən vaxtda bu mütləq olacaq, ancaq bu proses belə qısa müddətdə olmur.
Hamımız elə olacağına ümid edirik, ona qədər isə, virusun qüvvəsini itirdiyinə ümid edib, ehtiyyatımızı itirməməiyik. Hələlik, sosiyal məsafəyə, tibbi maskalara və əlləri yumağa ümid edək”, – dedi Paata İmnadze.